Almaniyadakı həmvətənlərimizdən maraqlı aksiya: “İndi anlayırsanmı, Almaniya?”backend

Almaniyadakı həmvətənlərimizdən maraqlı aksiya: “İndi anlayırsanmı, Almaniya?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Ermənistan tərəfindən məruz qaldığı təcavüzü dünya ictimaiyyətinə çatdırmaq üçün Almaniyada yaşayan həmvətənlərimiz maraqlı aksiya başladıblar.

Sosial şəbəkələrdə geniş müzakirə olunan aksiya çərçivəsində həmvətənlərimiz Almaniyanın Hamburq, Köln, Kil, Lübek, Halle və Drezden  kimi şəhərlərində yapışdırdıqları “stikerlərlə” Almaniyaya sual ünvanlayıblar.

Üzərində “İndi anlayırsanmı, Almaniya?” yazılmış vərəqələrdə Almaniyanın bir hissəsi Ermənistan tərəfindən işğal edilmiş şəkildə göstərilib və bununla da işğal amilinə diqqət çəkilib.

İnterpress.az