Almaniyanı qar vurdu: Maşınlar yolda, tələbələr məktəbdə qapalı qalıbbackend

Almaniyanı qar vurdu: Maşınlar yolda, tələbələr məktəbdə qapalı qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Soyuq hava və qar Almaniyada həyata mənfi təsir edib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Bir çox rayonlarda elektrik enerjisinin verilişində fasilələr yaranıb, buzlaşma nəticəsində çoxsaylı yol-nəqliyyat hadisələri baş verib, avtomobillər yolda qalıb. Ölkənin bir çox bölgələrində davam edən qar xüsusilə Hessen əyalətinin yüksək hissələrində təsirli olur.

Rheingau-Taunus-Kreis bölgəsinin yanğınsöndürmə rəisi Michael Ehresmann yanğınsöndürənlərin gün ərzində növbətçi olduğunu və təxminən 30 avtomobilin Kiedrich və Hausen vor der qəsəbələri arasındakı magistral yolda qapalı qaldığını qeyd edib.

Ehresmann, yıxılan ağaclar səbəbindən avtomobillərdən xilas edilən 100 nəfərin salona yerləşdirildiyini, lakin orada da elektrik enerjisinin kəsildiyini açıqlayıb.

Bad Schwalbach qəsəbəsində 30 şagirdin məktəbdə qapalı qaldığı barədə məlumatı paylaşan Ehresmann, valideynlərin uşaqlarını məktəbdən ala bilmədiklərini və avtobusların işləmədiyini bildirib.

Ehresmann vətəndaşları həyati təhlükə səbəbindən avtomobil sürməməyə çağırıb.

“Ağaclar kibrit kimi tökülür” deyən Ehresmann, fövqəladə bir vəziyyətlə qarşı-qarşıya qaldıqlarını vurğulayıb.

Westhessen Polis İdarəsindən verilən açıqlamada, magistral yollarda buzlanma səbəbiylə çoxlu yol qəzalarının baş verdiyi, B445 şosesində Wiesbaden və Naurod şəhərləri arasında 3 kilometr uzunluğunda avtomobil növbəsinin yarandığı bildirilib.

Koblenz Polis İdarəsinin verdiyi açıqlamaya görə, Reynland-Pfalts əyalətində iki avtomobilin toqquşması nəticəsində 54 yaşlı qadın ölüb, 69 yaşlı adam isə ağır yaralanıb.

Visbaden yanğınsöndürmə briqadasının verdiyi açıqlamaya görə, bölgədə bir çox küçə və magistral yollar nəqliyyata bağlanıb, Hessloch və Kloppenheim rayonlarında elektrik enerjisi kəsilib.

Almaniya Meteorologiya Bürosu (DWD) tərəfindən edilən açıqlamada qar yağışının önümüzdəki günlərdə də davam edəcəyi və xüsusilə ölkənin mərkəzi hissələrindən şərqə doğru aşağı səviyyədə qar yağmasının müşahidə oluna biləcəyi xəbərdarlığı edilib.