Almaniyanın sabiq boks çempionu islamı QƏBUL ETDİ – FOTObackend

Almaniyanın sabiq boks çempionu islamı QƏBUL ETDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın sabiq boks çempionu islamı qəbul edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Almaniyada xüsusi xidmət orqanları keçmiş peşəkar boksçu və DJ Hannan Hansenlə bağlı həyəcan siqnalı verib.

Bir müddət əvvəl açıq-saçıq geyimdə və sarı saçlarla tanınan Hansen indi hicab geyinir və məhkumluğu olan radikal islamçılarla əlaqədədir.

Almaniya Konstitusiyanın Mühafizəsi İdarəsinin yeni hesabatında o, ölkənin ən təhlükəli islamçı influenserlərindən biri kimi təqdim olunub.

Nəşrin məlumatına görə, Hansen sosial şəbəkələr vasitəsilə qadınları islamçı mühitə cəlb edir. Onun “Instagram” hesabında təxminən 200 min izləyici var və onların arasında Bavariya kəşfiyyatının əməkdaşları da mövcuddur. Hesabatda ona ayrıca “İslamçı influenser Hannan Hansen” başlıqlı bölmə həsr olunub.

Məlumata görə, Hansen islamı qəbul etmə hekayəsini istifadə edərək qadınlara hicab taxmağı, dünyəvi həyat tərzindən imtina etməyi və şəriət qanunlarını qəbul etməyi təbliğ edir.

O, videolarında evlilikdən əvvəlki münasibətləri qınayır, homoseksuallığı tənqid edir və şəriət qanunlarını müdafiə edir.

“Məni Bavariya və Şimali Reyn-Vestfaliyada hesabatlarda açıq şəkildə qeyd edirlər. Bu, mənim üçün fərq etmir və heç nəyi dəyişmir. Qoy nə istəyirlər yazsınlar, mən davam edəcəyəm”, – Hansen nəşrə açıqlamasında bildirib.

Xuraman Etibarlı

İnterpress.az