ALSU heyətinin 6 üzvü gəmi qəzası ilə bağlı hakim qarşısına ÇIXARILACAQbackend

ALSU heyətinin 6 üzvü gəmi qəzası ilə bağlı hakim qarşısına ÇIXARILACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərmərə dənizində gəmilərin toqquşması: ALSU-nun 6 heyət üzvü məhkəməyə göndərilib

İnterpress.az xəbər verir ki, bu barədə “HaberTürk” məlumat yayıb.

Silivri sahillərində gəmilərin toqquşması ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan ALSU gəmisinin 9 heyət üzvündən 6-sı məhkəməyə göndərilib.

Daha 3 nəfərlə bağlı istintaq prosedurları davam etdirilir. Gəminin aşpazı şübhəlilər arasında deyil.

İstintaq zamanı toqquşmanın səbəbləri və heyətlərin mümkün məsuliyyəti araşdırılır.

Bu məqsədlə radio danışıqlarının qeydləri, AIS və GPS məlumatları, gəminin “qara qutusu”, radar göstəriciləri və hər iki gəminin texniki sənədləri tələb olunub.

ALSU gəmisində mütəxəssislər tərəfindən araşdırma aparılır. Onların qəza iştirakçılarının mümkün təqsiri ilə bağlı ilkin rəy hazırlaması gözlənilir.

Gəminin sualtı hissəsinin dalğıclar tərəfindən də yoxlanılması planlaşdırılır.

Bu arada batan TUĞBERK İMAMOĞLU gəmisinin 10 heyət üzvünün axtarışları davam edir.

Gəminin batdığı ərazidə dərinliyin təxminən 800-1100 metr olduğu bildirilir. Həmin ərazidə dənizin çirklənməsi də qeydə alınıb.

Xuraman Etibarlı

İnterpress.az