Amerikalı reper qırmızı xalıda pomada yeyib.
Interpress.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Amerikalı reper Doja Cat 7 sentyabrda Nyu-Yorkda keçirilən MTV Video Music Awards mükafat mərasimi zamanı qırmızı xalıda pomadasını dişləyərək yeməsi ilə diqqət çəkib.
Nəşr yazır ki, reper pomadanı əlinə alaraq əvvəlcə makiyaj üçün istifadə edib, daha sonra isə onu dişləyib.
Hələ məlum deyil ki, pomada əsl idi, yoxsa yeyilə bilən rekvizit idi.
Doja Cat mərasim üçün rəngarəng mini-çəhrayı dərin dekolteli libas, iri sırğalar və üzük seçib.
Makiyajı qara göz qələmi və qırmızı pomada ilə tamamlanıb, saçına isə həcmli parik düzəldilib.
Xuraman Etibarlı
Interpress.az