Ana 3 yaşlı qızını supermarketdə ataraq QAÇDI – FOTObackend

Ana 3 yaşlı qızını supermarketdə ataraq QAÇDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ana balaca uşağını supermarketdə ataraq qaçıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Qadın 3 yaşlı qızı alış-veriş arabasına qoyub və sadəcə uzaqlaşıb. Uşaq sonda polis orqanları tərəfindən aparılıb.

İki gün sonra ananı Sankt-Peterburqa gedən qatarda saxlayıblar. Məlum olub ki, 36 yaşlı işsiz qadın qızdan xilas olmaq üçün xüsusi olaraq Surqutdan Krasnodara gəlib.

Ana üçün psixiatrik ekspertiza təyin edilib. O, “çətin həyat vəziyyətində” olduğunu və qızını geri qaytarmaq fikrində olmadığını bildirib.

Xuraman Etibarlı

İnterpress.az