Bakıda ana iki azyaşlı uşağını sığınacağa atıb qaçıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkədə hesabında bildirib.
Onun sözlərinə görə, uşaqlar atılarkən baxımsız və ac olublar: “Ana 2 azyaşlı körpəsini sığınacağın qapısına qoyub qaçdı. Uşaqlar baxımsız və ayaqyalın vəziyyətdədirlər. Uşaqları yemək və isti yerlə təmin edib çimizdirdik”.
Qeyd olunub ki, ana böyük qızını aylar əvvəl evdən qovub, o da hazırda sığınacaqdadır.