Ana doğuşdan iki gün sonra ölübbackend

Ana doğuşdan iki gün sonra ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə ana doğuşdan sonra ölüb.

İnterpress.az bildirir ki, hadisə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzinə qeydə alınıb.

Belə ki Şəmkir rayon Mahmudlu kənd sakini 37 yaşlı K.Daşdəmirova iyunun 18-də doğuş üçün mərkəzə gətrilib.

Ana qeysəriyyə əməliyyatı ilə oğlan uşağı dünyaya gətirib.

Doğuşdan 2 gün sonra qadının halı qəfil pisləşib.

37 yaşlı qadına göstərilən tibbi yardımlara baxmayaraq bu gün dünyasını dəyişib.

Körpənin vəziyyətinin normal olduğu bildirilir.

Qeyd edək ki, bu qadının ikinci doğuşu olub.

Ölümün baş vermə səbəbləri araşdırılır.(apa)