Antalyanın məşhur çimərliklərində siqaret çəkmək QADAĞAN OLUNDUbackend

Antalyanın məşhur çimərliklərində siqaret çəkmək QADAĞAN OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə çimərliklərdə siqaret çəkmək qadağan edilirə

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Sabahdan etibarən Antalyanın dörd çimərliyində — Lara, Belek, Çamyuva və “Biç-Park”da siqaret çəkməyə qadağa qoyulur. Bu tədbir çirklənməyə qarşı mübarizəyə yönəlib.

Hakimiyyət orqanları qumdakı siqaret kötüklərinin sayını azaltmağı və çimərlikləri istirahət edənlər, eləcə də dəniz canlıları üçün daha təmiz etməyi planlaşdırır.

Əlavə olaraq bildirək ki, Antalya Türkiyədə bu cür ekoloji məhdudiyyətlərin tətbiq edildiyi ilk bölgələrdən biri olub.

Əgər bu qayda uğurlu olarsa, qadağa sahilin digər kurort zonalarına da şamil ediləcək.

Xuraman Etibarlı

İnterpress.az