Günorta saat 14:00-dək yemək çəki artımının qarşısını ala bilər.
Interpress.az xəbər verir ki, bu barədə Madrid Komplutense Universitetinin alimləri araşdırma aparıb.
Alimlər müəyyən ediblər ki, günün daha erkən saatlarında – xüsusilə 14:00-a qədər qida qəbulu yüksək genetik piylənmə riskinə baxmayaraq, artıq çəki yığılmasının qarşısını ala bilər.
Tədqiqat nəticəsində məlum olub ki, yemək vaxtının hər saat gecikdirilməsi bədən kütlə indeksinin orta hesabla 0,952 kq/m² artması ilə əlaqəlidir.
Bundan əlavə, yemək vaxtını hər saat gecikdirmək, müalicədən 12 il sonra çəkinin 2,2% artmasına səbəb olur.
Alimlər vurğulayırlar ki, genetik riski yüksək olan insanlar yeməyə gec başlayanda və qida qəbulunu 19:00-dan sonra bitirdikdə daha çox çəki yığırlar.
Erkən yemək vərdişi isə çəkiyə nəzarətdə və fərdi piylənmə ilə mübarizə proqramlarında effektiv üsul kimi tətbiq oluna bilər.
Xuraman Etibarlı
Interpress.az