Arıqlamaq istəyənlərin nəzərinə: İştahı azaldan ədviyyatlar açıqlandı – FOTObackend

Arıqlamaq istəyənlərin nəzərinə: İştahı azaldan ədviyyatlar açıqlandı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Darçın, nanə və zəncəfil iştahı azaltmaq, həzmi, sinir sistemini normallaşdırmaq, həmçinin qan dövranını yaxşılaşdırmaq xüsusiyyətlərinə görə pəhriz zamanı insana əvəzsiz köməkçidir.

Bu barədə rusiyalı dietoloq, RF Milli Dietoloqlar, Nutritionistlər Assosiasiyasının üzvü, tibb elmləri namizədi Daria Rusakova iştahı azaldan ədviyyatlardan danışarkən bildirib.

Onun sözlərinə görə, darçın maddələr mübadiləsini sürətləndirə, qanda qlükoza səviyyəsini normallaşdıra, həmçinin şirniyyata olan həvəsi azalda bilər. Ədviyyatın xüsusiyyətlərini artırmaq üçün dietoloq onu az kalorili desertlərə qatmağı, həmçinin təbii qəhvə içkiləri ilə birləşdirməyi məsləhət görüb.

Mütəxəssis bildirib ki, pəhrizdə maddələr mübadiləsini normada saxlamaq vacibdir.

“Nanənin xoş ətri var, sinir sisteminə faydalı təsir göstərir və sakitləşdirir. Nanə əlavə edilən çay bağırsaqları təmizləməyə kömək edir, qəbizliyin profilaktikası üçün yaxşıdır”, – deyə dietoloq əlavə edib.

Bundan əlavə, həkim pəhriz zamanı bütün bədənə stimullaşdırıcı təsir göstərən, xolesterolu azaldan, qan dövranını yaxşılaşdıran, həmçinin bədəndən artıq maye və zərərli maddələri çıxaran, bununla da bu da daha sürətli arıqlamağa kömək edən zəncəfilə diqqət etməyi tövsiyə edib. Onun sözlərinə görə, zəncəfil çayı istilik keçiriciliyini artırır və aclığı aradan qaldırır.

Eyni zamanda, dietoloq bu üsulların yalnız düzgün qidalanma və idmanla birlikdə işlədiyini xatırladıb.

Mənbə: URA.ru