Məhkəmə arxiyepiskop Acapaxyanın işi üzrə dilçi ekspertləri cəlb etməyə razılıq verib.
Interpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məhkəmə müdafiənin vəsatətini təmin edərək arxiyepiskop Acapaxyanın ifadələrini araşdırmaq üçün dilçi ekspertlərin iştirakı ilə ekspertiza aparılmasına razılıq verib.
Müdafiə tərəfi iki lingvistin rəyini təqdim edib.
Onlar iddia edirlər ki, Adjapahyanın 2023-cü ildə verdiyi müsahibələrdə hakimiyyəti devirməyə çağırış yoxdur. Məhkəmə bu rəyin öyrənilməsinə qərar verib.
Eyni zamanda, müdafiə arxiyepiskopun nümayəndəsinin istintaq tədbirləri zamanı residensiyaya buraxılmamasını da nəzərə almağı tələb edib.
Bu vəsatət də məhkəmə tərəfindən nəzərdən keçirilməsi üçün qəbul olunub.
Xuraman Etibarlı
Interpress.az