Astanada Ərdoğanla Putin arasında görüş keçirilirbackend

Astanada Ərdoğanla Putin arasında görüş keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Astanada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putinin Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısı çərçivəsində görüşü keçirilir.

Məlumatı “TRTHaber” yayıb.

Bildirilib ki, görüşdə ikitərəfli münasibətlər, enerji sahəsində əməkdaşlıq, Ukraynadakı müharibə və Suriya ilə bağlı məsələlər müzakirə olunur.

Liderlər Rusiya-Ukrayna müharibəsi və atəşkəs prosesi, həmçinin Qara dəniz taxıl dəhlizi məsələsini müzakirə etdikləri bildirilib.

Məlumata görə, görüşdə Rusiya Prezidenti Vladimir Putinin Avropadakı enerji böhranının həlli üçün Türkiyədə təbii qaz mərkəzinin yaradılması təklifinin də müzakirə olunacağı gözlənilir.