Astarada 18 yaşlı gənc bıçaqlandıbackend

Astarada 18 yaşlı gənc bıçaqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Astara sakini tanışı tərəfindən bıçaqlanıb.

Hadisə ötən gecə “Kələdəhnə” ərazisində baş verib.

Belə ki, Nuru Paşayev küçəsi 53 ünvanında yaşayan 2003-cü il təvəllüdlü Elmar Sadıx oğlu Məlikzadəyə yaşadığı evin yaxınlığında bıçaqla bir neçə xəsarət yetirilib. Yaralı ailə üzvləri tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

E.Məlikzadəyə bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası və qarın boşluğunun ön divarının daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və o, əməliyyat olunub. Vəziyyəti orta ağır qiymətləndirilir.

Xəsarət alan şəxsin yaxınları hadisəni törədən şəxsin kimliyi barədə məlumatsız olduqlarını bildirsələr də, polis əməkdaşları hadisəni törədən şəxsi müəyyən edilib. Məlum olub ki, hadisə tanışlar arasında əvvəllər də baş verən bir neçə mübahisənin nəticəsi olaraq törədilib.

Tanışına bıçaq xəsarətləri yetirən 1997-ci il təvəllüdlü Elçin Vüqar oğlu Hüseynli saxlanılıb. Faktla bağlı araşdırmalar davam edir.

İnterpress.az