Atanı dörd övladının ölümündə günahkar biliblər və o, şərti cəza allb.
İnterpress.az xəbər verir ki, bu barədə region prokurorluğu RİA Novosti-yə məlumat verib.
Rusiyanın Krasnoyarsk diyarının Krasnaya Sopka kəndində bir il əvvəl dörd övladını itirən Dmitri Vinogradov iki il şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Faciə 2024-cü ilin sentyabrında baş verib. 6, 11, 12 və 13 yaşlı uşaqlar ailə ilə birlikdə mağazadan alınan toyuq və pelmeni yedikdən sonra zəhərlənmə əlamətləri göstəriblər.
Ardınca bütün ailədə eyni simptomlar yaranıb, lakin uşaqların həyatını xilas etmək mümkün olmayıb.
İstintaq Komitəsinin məlumatına görə, həmin gün ailənin yaşadığı evdə otaqlar dixlofos ilə işlənmişdi. Ata dindirmə zamanı etiraf edib ki, dezinfeksiya sonrası evi lazımi qaydada havalandırmayıb.
Ekspertizaların nəticələrindən sonra kişiyə “ehtiyatsızlıqdan ölümlə nəticələnən hadisə törətmə” maddəsi ilə ittiham irəli sürülüb.
Xuraman Etibarlı
İnterpress.az