Çinli kişi oğlu ilə dava zamanı təsadüfən övladlarının ondan olmadığını öyrənib.
Interpress.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.
Şanxay əyalətindən 45 yaşlı Czian Huntao keçmiş arvadına qarşı uşaqların təhsilinə verdiyi 300 000 yuan (təxminən 42 000 ABŞ dolları) alimentin geri qaytarılmasını tələb edərək məhkəməyə müraciət edib.
Uşaqların ona aid olmadığı üzə çıxıb.
Czian 2002-ci ildə evlənib və iki oğul sahibi olub. 2022-ci ildə arvadı boşanma ərizəsi verib. Bütün əmlak ona keçib, Cziana isə yalnız avtomobili qalıb.
Yaşam xərcləri ilə bağlı mübahisə zamanı Czianın böyük oğlu “Sən mənim atam deyilsən!” deyərək qışqırıb.
Bunun üzərinə kişi şübhələnərək oğlunun diş fırçasından genetik test verib.
Tədqiqat bioloji əlaqənin olmadığını göstərib. Czian iddia edir ki, böyük oğlunun əsl atası kənd şurasının katibidir, kiçik oğul isə onun xala oğlu tərəfindən dünyaya gəlib.
Keçmiş arvad Cziana mənəvi zərər üçün 14 000 dollar kompensasiya ödəməyi qəbul edib, aliment iddiasını rədd edib və boşanma razılaşmasının ləğvini tələb edib.
Xuraman Etibarlı
İnterpress.az