Avropa Həndbol Federasiyasının prezidenti Azərbaycana təşəkkür etdibackend

Avropa Həndbol Federasiyasının prezidenti Azərbaycana təşəkkür etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Həndbol Federasiyasının prezidenti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və Avropa Həndbol Federasiyasının prezidenti Maykl Viderer arasında görüş keçirilib.

İnterpress.az xəbər verir ki, Avstriyanın paytaxtı Vyanadakı Avropa Həndbol Federasiyasının baş ofisində təşkil olunan görüşdə Azərbaycanda həndbolun inkişafı, son zamanlar görülən işlər, yaxın gələcəkdə beynəlxalq yarışların ölkəmizdə təşkil olunması və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Maykl Viderer ötən il Bakıda 17 yaşlı qızlar arasında Avropa çempionatının yüksək təşkilinə görə Azərbaycana təşəkkürünü bildirib.