Avropa Liqasında gecənin NƏTİCƏLƏRİbackend

Avropa Liqasında gecənin NƏTİCƏLƏRİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Avropa Liqasında pley-off mərhələsinə start verilib.

10 oyunun hamısı eyni gündə baş tutub.

Türkiyənin turnirdəki təmsilçilərindən “Sivasspor” İsveçdə “Malmö”yə 1:3 hesabı ilə uduzub.

“Fənərbağça” isə Avstriyada “Austriya” (Vyana) komandasına qalib gəlib – 2:0.

“Qarabağ”ın UEFA Çempionlar Liqasında mübarizədən kənarlaşdırdığı “Sürix” İsveçrədə “Harts”ı, “Ferentsvaroş” isə Macarıstanda İrlandiyanın “Şemrok Rovers” klubunu məğlub edib.

UEFA Avropa Liqası
Pley-off mərhələsi
İlk oyunlar
18 avqust

HİK (Finlandiya) – “Silkeborq” (Danimarka) – 1:0
Qol:
 Devid Braun, 80
Qırmızı vərəqə: Andre Çalişir, 68 (“Silkeborq”)

“Ferentsvaroş” – “Şemrok Rovers” (İrlandiya) – 4:0
Qollar:
 Karlos Auski, 13. Adama Traore, 35; 48. Eldar Çiviç, 90+3

“Sürix” (İsveçrə) – “Harts” (Şotlandiya) – 2:1
Qollar:
 Adria Gerrero, 32. Blerim Cemayli, 34 – Lourens Şeklend, 22 (penalti)

“Malmö” (İsveç) – “Sivasspor” (Türkiyə) – 3:1
Qollar:
 Musatafa Zeydan, 18. Anders Kristiansen, 37. Niklas Moysander, 68 – Leke Ceyms, 30

“Apollon” (Kipr) – “Olimpiakos” (Yunanıstan) – 1:1
Qollar:
 Rangelo Yanqa, 18 – Xvan In Bom, 29

“Pünik” (Ermənistan) – “Şerif” (Moldova) – 0:0

“Lüdoqorets” (Bolqarıstan) – “Jalgiris” (Litva) – 1:0
Qol:
 İvan Tatomiroviç, 2 (avtoqol)
Qırmızı vərəqə: Donatas Kazlauskas, 90+4

“Dnepr-1” (Ukrayna) – AEK (Larnaka, Kipr) – 1:2
Qollar:
 Aleksandr Svatok, 90 – Omri Altman, 16. Aleksandr Svatok, 29
Qırmızı vərəqə: Eduard Sarapi, 90+4

“Gent” (Belçika) – “Omoniya” (Kipr) – 0:2
Qollar:
 Haralambos Haralambus, 20. Brendon Barker, 76

“Austriya” (Vyana, Avstriya) – “Fənərbağça” (Türkiyə) – 0:2
Qollar:
 Coşua Kinq, 8. Serdar Dursun, 89
Qırmızı vərəqə: Lukas Qalvan, 83 (“Austriya”)

Qeyd edək ki, cavab qarşılaşmaları avqustun 25-də olacaq.