Avropa Parlamentində Ursula fon der Leyenə etimadsızlıq səsverməsi təklif edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin sol fraksiyası məlumat yayıb. Məlumata görə, AK prezidenti Ursula fon der Leyen Qəzza və ABŞ-la razılaşmaya görə etimadsızlıq səsverməsi ilə üzləşib.
Avropa Parlamentinin solçu fraksiyası Avropa Komissiyasının sədri Ursula fon der Leyenə etimadsızlıq səsverməsi keçirməyi təklif edib.
Səbəb olaraq Qəzza sektorundakı vəziyyət qarşısında Avropanın fəaliyyətsizliyi və ABŞ ilə ticarət razılaşmasının uğursuzluğu göstərilib.
Parlamentarilər bildirirlər ki, razılaşma Avropa İttifaqına zərər verir və qarşılıqlı faydasızdır.
Eyni zamanda, Komissiya İsrail-Fələstin münaqişəsində, xüsusilə Qəzzada insan hüquqlarının pozulmasında fəaliyyətsiz olmaqda ittiham edilir.
Fraksiyanın tələbi Avropa İttifaqı ilə İsrail arasında assosiasiya razılaşmasının ləğvi, İsrailə qarşı sanksiyalar və hərbi təchizat embarqosunun tətbiqidir.
Xuraman Etibarlı
İnterpress.az