Avropada qazın qiyməti 1 600 dollara yaxınlaşıbbackend

Avropada qazın qiyməti 1 600 dollara yaxınlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1000 kubmetrinin qiyməti 1 600 ABŞ dollarına yaxınlaşıb.

İnterpress.az xəbər verir ki, 1 iyul tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility”də (TTF) avqust fyuçerslərinin qiyməti 1 590,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 1,9% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.