Avrozonada inflyasiya rekord səviyyəyə çatıbbackend

Avrozonada inflyasiya rekord səviyyəyə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avro Bölgəsində may ayında 8,1% olan illik inflyasiya, enerji və ərzaq xərclərinin artmağa davam etməsilə iyun ayında 8,6% olmaqla rekord səviyyəyə çatıb.

Avropa Statistika Xidməti (Eurostat) Avrozonanın iyun ayı üzrə inflyasiya məlumatlarını açıqlayıb.

İnterpress.az xəbər verir ki, Avro Bölgəsində may ayında 8,1% olan illik inflyasiya, keçən ay 8,6%-ə yüksəlib.

Bloomberg-in sorğusunda iştirak edən iqtisadçılar inflyasiyanın 8,5 faiz olacağını gözləyirdilər.

İyun ayında Avro Bölgəsində inflyasiya aylıq 0,8 faizə çatıb.

İyun ayında inflyasiyanın əsas hərəkətverici qüvvəsi Rusiya-Ukrayna müharibəsi səbəbindən kəskin bahalaşan enerji və ərzaq qiymətləri olub.

İyun ayında Avro Bölgəsində inflyasiyanın əsas komponentlərinə baxdıqda, ən yüksək illik inflyasiya 41,9% ilə enerjidə oldub. Enerjinin ardınca 8,9 faizlə qida, spirt və tütün məmulatları, 4,3 faizlə qeyri-enerji sənayesi məhsulları və 3,4 faizlə xidmətlər yer tutur.

İyun ayında inflyasiya Fransada 6,5%, İspaniyada 10%, İtaliyada 8,5%, Hollandiyada 9,9%, Belçikada 10,5%, Estoniya və Litvada 20,5% səviyyəsində ölçülüb.