Avstraliyada elektrik avtomobilinin akkumulyatorunun səbəb olduğu yanğında 5 avtomobil yanıbbackend

Avstraliyada elektrik avtomobilinin akkumulyatorunun səbəb olduğu yanğında 5 avtomobil yanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliyanın Sidney hava limanının dayanacağında elektriklə işləyən avtomobilin litium-ion akkumulyatorunun alışması nəticəsində baş verən yanğında 5 avtomobil yanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

ABC News-un məlumatına görə, Sidney hava limanının dayanacağında baş verdiyi bildirilən yanğına Yeni Cənubi Uels (NWS) əyalətinin yanğın və xilasetmə qrupları və hava limanının xilasetmə qrupları müdaxilə edib.

Qruplar yanğının dayanacaqda lüks avtomobildən çıxarılaraq altında qalan litium-ion batareyanın alışması nəticəsində baş verdiyini müəyyən ediblər.

Akkumulyatordan çıxan qığılcımların daha sonra yaxınlıqda park edilmiş 4 avtomobilə keçdiyini bildirən qruplar, yanğında 5 avtomobilin külə döndüyünü açıqlayıb.

Yanğına səbəb olan akkumulyatorun avtomobildən hansı səbəbdən çıxarıldığı hələlik məlum deyil.