Avstriyanın paytaxtı Vyanada tibbi maska tələbi daha 3 ay qüvvədə olacaq.
Bu barədə Vyana meri Mixael Lüdviq feysbukda bildirib.
Belə ki, iyunun 1-dən koronavirusa qarşı məhdudiyyətlər çərçivəsində məcburi maska taxılması tələbinın müddəti uzadılır.
“Pandemiya hələ bitməyib. Vyanada ictimai nəqliyyatda, apteklərdə, həkim məntəqələrində və xəstəxanalarda FFP2 tipli maskanın taxılması məcburi olaraq qalır”, – Lüdviq qeyd edib.