Krasnoyarskda təqaüdçü avtobusda yerini ona vermədiyi üçün məktəblinin barmağını sındırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Bildirilir ki, Krasnoyarsk şəhərində pensiyaçının avtobusda yer vermədiyinə görə 13 yaşlı məktəbliyə hücum etməsi nəticəsində oğlanın barmağı sınıb.
Hadisə zamanı qadın məktəbliyə kobud şəkildə durmasını tələb edib. Məktəbli bunu görməzlikdən gələndə isə oğlanın köynəyini və əlini tutaraq telefonunu almağa çalışıb.
Nəticədə məktəblinin barmağının falanqı sınıb və xəsarətlər alıb. Yalnız konduktor və digər sərnişinlərin müdaxiləsindən sonra pensiyaçının hücumu dayandırılıb.
Məktəbli travmatologiya şöbəsinə aparılıb, polis isə qadını axtarır.
Xuraman Etibarlı
İnterpress.az