“Avtoş”luq edən sürücülər SAXLANILDI – FOTObackend

“Avtoş”luq edən sürücülər SAXLANILDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (DYP) əməkdaşları tərəfindən avtomobili müvafiq sənədləri olmadan və konstruksiya dəyişikliyi edərək idarə edən sürücülər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, sürücülərlə profilaktiki söhbətlər aparılıb.

Bundan əlavə, tədbirlər zamanı avtomobildə konstruksiya dəyişikliyi edən səkkiz sürücünün nəqliyyat vasitəsi saxlanılaraq DYPB-nin müvəqqəti duracağına gətirilməsi təmin edilib.

Qaydaları pozan sürücülər barəsində qanunamüvafiq tədbir görülüb və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.

 

Bizimlə əlaqə saxlayın