Tramp müasir tarixin ən çox hərbi zərbə əmri verən ABŞ prezidenti olub.
İnterpress.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Məlumata görə, Donald Tramp hakimiyyətdə olduğu müddət ərzində ən azı yeddi ölkəyə qarşı hərbi zərbələrin endirilməsinə rəsmi razılıq verib.
Müasir ABŞ tarixində digər heç bir prezident başqa dövlətlərə qarşı bu qədər çox sayda hərbi hücum əmri imzalamayıb.
Hədəf alınan ölkələr siyahısında İran, eləcə də Yaxın Şərq və Afrikanın bir sıra dövlətləri yer alır.
“Axios” vurğulayır ki, bu cür statistika Trampın seçki marafonu zamanı və müxtəlif çıxışlarında sərgilədiyi “sülhməramlı” imici ilə kəskin təzad yaradır.
Belə ki, Amerika lideri dəfələrlə yeni müharibələrə başlamaq deyil, əksinə, davam edən münaqişələri sonlandırmaq istədiyini bildirmişdi.
Lakin faktlar onun müasir tarixin ən çox hücum əmri verən lideri olduğunu göstərir.

Xuraman Etibarlı
İnterpress.az






