“Ayaqqabımın ipini həyat yoldaşım bağlayırdı”backend

“Ayaqqabımın ipini həyat yoldaşım bağlayırdı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Nadir Qafarzadə keçirdiyi plastik əməliyyatdan danışıb. 

 

İnterpress.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda “Həmin Zaur” proqramında danışıb. O bildirib ki, artıq piylərdən xilas olma səbəbi səhhətində yaranan problemlər olub:

“Sağlamlığıma, görkəmimə görə etdim. Deyirdim, Sevinc, (həyat yoldaşı – red.) gəl ayaqqabımın ipini bağla, kömək et geyinim”.

Aparıcı Zaur Kamalın “Ayaqqabının ipini həyat yoldaşın bağlayır” sualına sənətçi “Ya o, ya başqası. İstədim geyimi geyinə bilmirdim, əynimə oturmurdu. Tənginəfəs olurdum” cavabını verib.