Aygün Attar: “Xalqımız həm acı, həm də qürurlu günlərini yaşayır”backend

Aygün Attar: “Xalqımız həm acı, həm də qürurlu günlərini yaşayır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda xalqımız həm acı, həm də qürurlu günlərini yaşayır”.

İnterpress.az-ın məlumatına görə bunu “Türkiyə Azərbaycan münasibətlərinin dünəni və gələcəyi simpozium”unda Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Vəqfinin və Azərbaycan Evinin rəhbəri professor Aygün Attar deyib.

O, əvvəlcə tədbir iştirakçılarını salamlayıb.

Bildirib ki,tədbirin keçirilməsində məqsəd Qafqaz İslam Ordusu tərəfindən Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 104-cü ildönümünün qeyd olunması, Türkiyə və Azərbaycan əlaqələrinin dünəni, bu günü və gələcəyi ilə bağlı müzakirələrin aparılması, həmçinin son günlər Ermənistanın törətdiyi təxribat nəticəsində şəhidlik zirvəsinə ucalan Vətən oğullarının xatirəsinin anılmasıdır.

O, son günlər Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliklə bağlı məlumat verib, Ermənistanın törətdiyi təxribatın cavabsız qalmadığını qeyd edib.

Deyib ki, hazırda xalqımız həm acı, həm də qürurlu günlərini yaşayır. Çünki şanlı Ordumuz Vətən torpaqlarına göz dikən, hər cür beynəlxalq prinsiplərə zidd olaraq, Azərbaycanın ərazi bütövlüyünə təhdid törədən Ermənistana lazımi cavabı verib.

Aygün Attar 104 il əvvəl – 1918-ci il sentyabrın 15-də Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Bakını azad etməsindən danışıb. Diqqətə çatdırıb ki, bu, ölkəmizin qurtuluş tarixidir. İkinci Qarabağ müharibəsinə də toxunan A.Attar Türkiyə hökumətinin və millətinin ölkəmizin haqq savaşında Azərbaycanın yanında olduğunu və hər zaman onun haqlı mövqeyini dəstəklədiyini qeyd edib.