Aytac Şahmarovanın qətli ilə bağlı məhkəmə prosesi işin əhatə dairəsinə görə təxirə salınıbbackend

Aytac Şahmarovanın qətli ilə bağlı məhkəmə prosesi işin əhatə dairəsinə görə təxirə salınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda Telavi rayon məhkəməsində 14 yaşlı azərbaycanlı Aytac Şahmarovanın qətli ilə bağlı məhkəmə prosesi işin əhatə dairəsinə görə təxirə salınıb.

İnterpress.az yerli mediaya istinadən xəbər verir ki, iclas dekabrın 12-də keçiriləcək.

İclasda fasilə elan olunmazdan əvvəl müdafiə və ittiham tərəfləri mahiyyəti üzrə müzakirənin texniki məsələlərinə aydınlıq gətirib, iş üzrə sübutların bir hissəsinin qəbul edilməsini müzakirə ediblər. Həmçinin, təqsirləndirilən şəxsin həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı qərara baxılıb, lakin hakim Tamar Kapanadze onu həbsdə saxlayıb.

İşin epizodlarından birinin cinsi xarakterli cinayətə aid olduğunu nəzərə alaraq, prokurorluğun vəsatəti ilə iclas qapalı keçirilir. İş üzrə ümumilikdə 5 nəfər tutulub.