Azad edilmiş ərazilərimizdə 21 nəfər minaya düşübbackend

Azad edilmiş ərazilərimizdə 21 nəfər minaya düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

10 noyabr 2020-ci ildən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində həlak olmuş vətəndaşların sayı açıqlanıb.

İnterpress.az-ın məlumatına görə, bu barədə Baş Prokurorluq tərəfindən hazırlanmış infoqrafiyada bildirilib.

Qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin ərazilərimizi minalaması səbəbindən 10 noyabr 2020-ci ildən indiyədək 10 mülki şəxs həlak olub, 11 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Baş Prokurorluq bir daha əhaliyə xəbərdarlıq edir, işğaldan azad olunmuş ərazilərdə təhlükənin mövcudluğunu nəzərə alaraq, müvafiq icazə olmadan, ərazilər minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edir.

 

 

 

İnterpress.az