“Azərbaycan Dəmir Yolları” mənfəətlə işləməyə başlayıbbackend

“Azərbaycan Dəmir Yolları” mənfəətlə işləməyə başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2021-ci ili 25,98 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki səhmdar cəmiyyəti 2020-ci ildən 484,005 milyon manat xalis zərərlə çıxmışdı.

Son nəticədə qurumun yığılmış zərəri 0,6 % azalaraq 4 470,997 milyon manata düşüb.

2021-ci ildə ADY-nin yükdaşıma gəlirləri 397,941 milyon manat (illik müqayisədə 24,7 % çox), tikinti gəlirləri 52,189 milyon manat (5,7 % az), sərnişindaşıma gəlirləri 1,853 milyon manat (2,3 dəfə az), sair gəlirləri 36,949 milyon manat (15 % az), köhnəlmə və amortizasiya xərcləri 73,835 milyon manat (45,5 % az), əməkhaqqı, maaş və əlaqəli ödənişləri 176,664 milyon manat (8,5 % çox), elektrik enerjisi, materiallar və texniki xidmət xərcləri 54,103 milyon manat (8,3 % çox), nəqliyyat xərcləri 107,652 milyon manat (61,3 % çox), ticari və sair debitor biorcları üzrə dəyərsizləşmə zərəri 2,976 milyon manat (3,4 dəfə az), sair aktivlər üzrə dəyərsizləşmə gəlirləri 183 min manat (2020-ci ildə zərər olub), sair xərcləri 106,425 milyon manat (22,6 % çox), maliyyə xərcləri 59,478 milyon manat (35,3 % çox), xarici valyuta mübadiləsindən xalis gəlirləri 109,838 milyon manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 8,16 milyon manat (əvvəlki il vergi ödəyib) təşkil edib.

2022-ci il yanvarın 1-nə ADY-nin aktivləri 3 631,355 milyon manat olub ki, bu da illik müqayisədə 19,6 % çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 4,8 % azalaraq 2 750,908 milyon manata düşüb, balans kapitalı isə 6 dəfə artaraq 880,447 milyon manata çatıb.

Xatırladaq ki, ADY ölkə prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 906,062 milyon manatdır. Səhmdar cəmiyyəti 100% dövlətə məxsusdur.