Azərbaycan əsilli kriminal avtoriteti öldürən şəxs saxlanıldıbackend

Azərbaycan əsilli kriminal avtoriteti öldürən şəxs saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada fitness klubunda törədilmiş qətldə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə jurnalistlərə açıqlamasında Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi rəhbərinin köməkçisi Yuliya İvanova bildirib.

“Moskvanın şimal-qərbindəki bir idman salonunda qətl törətməkdə şübhəli bilinən şəxs tutulub. Onun gizləndiyi evdə axtarışlar aparılır”, – deyə İvanova əlavə edib.

Qeyd edək ki, Moskvanın şimal-qərbindəki yaşayış kompleksində yerləşən bir fitness klubunda Azərbaycan əsilli kriminal avtoritet Albert Rıjiy kimi tanınan Əli Heydərov öldürülüb.

 

 

İnterpress.az