“Azərbaycan iqtisadiyyatı rəqabətli olmaqdan uzaqdır” – İqtisadçıbackend

“Azərbaycan iqtisadiyyatı rəqabətli olmaqdan uzaqdır” – İqtisadçı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan iqtisadiyyatı xarici bazarlara rəqabətədavamlı məhsullarla çıxmaqdan hələ çox uzaqdır”.

İnterpress.az xəbər verir ki, bunu son illər Azərbaycan iqtisadiyyatı ilə bağlı vəziyyəti dəyərləndirən iqtisadçı Rövşən Ağayev deyib.

İqtisadçıya görə, mövcud vəziyyətdə ölkə iqtisadiyyatında rəqabət mühiti istənilən səviyyədə formalaşmayıb:

“Son üç ildə Azərbaycan manatının nominal məzənnəsinin bahalanması ilə əsas ticarət partnyorlarına münasibətdə yüksək inflyasiya paralel davam edir. Bunu nümayiş etdirən göstərici real məzənnənin bahalanma tempinin nominal bahalanmadan daha yüksək olmasıdır. Bu vəziyyət onu göstərir ki, qeyri-neft iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı dayanmadan verilən bütün bəyanatlara baxmayaraq Azərbaycan iqtisadiyyatı rəqabətli olmaqdan, xüsusilə xarici bazarlara rəqabətədavamlı məhsullarla çıxmaqdan hələ çox uzaqdır”.

Gülşən