Azərbaycan polisi 3 erməni maşınını saxlayıb? – Rəsmi cavabbackend

Azərbaycan polisi 3 erməni maşınını saxlayıb? – Rəsmi cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mənə Gorus-Qafan dövlətlərarası yolda yerləşən Azərbaycan polisi və sərhədçilərinin dünən Ermənistan nömrələri olan 3 maşını yoxladığı barədə məlumat çatıb”.

Yenisabah.az “Aysor”a istinadla xəbər verir ki, bunu Gorus şəhərinin vitse-meri Kamo Köçəryan bildirib.

O, məlumatın nə qədər etibarlı olduğunu bilmədiyini deyib: “Orada olmamışam, sürücülərdən də bunu eşitməmişəm”.

Köçəryan qeyd edib ki, bu gün oxşar hadisələrlə bağlı yeni məlumatı yoxdur.

“Qorxularım təsdiqlənmiş kimi görünür. Azərbaycanlıların gələcəkdə erməni nömrələri olan avtomobilləri də yoxlamağa başlayacaqları barədə əvvəlcədən söylədiyim fikri nəzərdə tuturam”, – deyə o əlavə edib.