Azərbaycan Prezidentinin Türkiyəyə dəstəklə bağlı fikirləri qürurvericidirbackend

Azərbaycan Prezidentinin Türkiyəyə dəstəklə bağlı fikirləri qürurvericidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi fikirlər Türkiyə xalqı tərəfindən böyük sevinclə qarşılandı. Bu, Azərbaycanın və Türkiyənin ulu öndərləri Heydər Əliyevin və Mustafa Kamal Atatürkün “Bir millət, iki dövlət”, “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarının, eləcə də iki ölkə arasında əsrlərdir davam edən dostluq və qardaşlıq münasibətlərinin təzahürüdür.

Bu sözləri azərtac-a müsahibəsində İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu bildirib.

S.Qaraqoyunlu deyib: “Türkiyədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları adından bu qətiyyətli dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk. Türkiyə və Azərbaycanın bir-birini dəstəkləməsi qürurvericidir. Başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla Türkiyənin bütün hökumət nümayəndələri də hər platformada Azərbaycanın yanında olduğunu bəyan edirlər. Dağlıq Qarabağ məsələsi yalnız Azərbaycanın deyil, bütün türk dünyasının qanayan yarasıdır. İki ayrı dövlətdə yaşamağımıza baxmayaraq bizim sözdə deyil, həqiqətdə də bir millət olduğumuz bütün dünyaya bəllidir. Biz hər zaman bir-birimizin yanındayıq. Bu, keçmişdə də belə olub, gələcəkdə də belə olacaq”.

 

İnterpress.az