Azərbaycan Qarabağa gələn Köçəryanla Sarkisyanı girov götürə bilərdimi? – Açıqlamabackend

Azərbaycan Qarabağa gələn Köçəryanla Sarkisyanı girov götürə bilərdimi? – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serj Sarkisyanın anası Nora Sarksiyanın Xankəndidə dəfn olunması Azərbaycan cəmiyyyətində böyük müzakirələrə yol açıb. Sosial şəbəkələrin Azərbaycan seqmentində hətta Laçın dəhlizini bağlayıb Koçaryanla Sarkisyanın girov götürülməsi ilə bağlı çağırışlar da səsləndirilib. 

Qeyd edək ki, Ermənistanın hər iki eks-prezidenti haqqında Azərbaycanda cinayət işi də açılıb və onlar Azərbaycan ərazisində axtarışdadırlar. Əlləri Xocalı soyqırımı ilə yanaşı, I Qarabağ müharibəsində azərbaycanlıların qanına batmış bu şəxslər rus sülhməramlılarının müşayiəti ilə Qarabağa gedib-gələ bilirlər.

Xatırladaq ki, bundan öncə Ermənistanın müdafiə naziri Arşak Karapetyan da Qarabağa qanunsuz səfər edib.

Fikirlərini Yenisabah.az-la bölüşən Ağ Partiya başqanı Tural Abbaslı bildirib ki, bu səfərlər qanunsuzdur:

“Əvvəla, bu səfərləri qətiyyətlə pisləyirəm. İstər Laçın dəhlizi, istər Xankəndi, istərsə də rusların müvəqqəti yerləşdiyi digər ərazilərin hamısı Azərbaycana məxsusdur. Kimliyindən asılı olmayaraq, o ərazilərə gələnlər ya viza almalı, ya da səfəri Azərbaycan XİN-lə razılaşdırmalıdır.

Ermənistanın müdafiə naziri Arşak Karapetyanın Laçın dəhlizi vasitəsilə Qarabağa gəlməsi onu sübut edir ki, Rusiya sülhməramlı qüvvələri vəzifəsinin öhdəsindən gələ bilmir və ya Azərbaycanda psixoloji durumun ağırlaşmasına, bəlkə də erməni cəmiyyətinin psixoloji reabilitasiyasına kömək etməyə çalışırlar”.

Siyasətçinin sözlərinə görə, Sarkisyan və Koçaryanın Qarabağa səfəri təxribat xarakteri daşıyır: “Çünki ermənilərin ana-arvad qədri bilmədiyi məlumdur”.

Keçmiş eks-prezidentlərin həbsinə gəlincə, partiya sədri vurğulayıb:

“Hazırki vəziyyətdə bu qeyri-mümkündü. Çünki onları Qarabağa buraxan qüvvə, əlbəttə, təhlükəsizliyinə təminat verib. Laçın dəhlizinə nəzarət edən Rusiya sülhməramlılarıdır. Bundan əlavə də, bütün dünya bilir ki, Koçaryan və Putinin şəxsi münasibətləri hansı səviyyədədir. Belə bir məqamda rusların qeyri-rəsmi də olsa, himayə etdiyi, yaxud zəmanətində olan şəxsləri Azərbaycanın həbs etməsi, təbii ki, qalmaqal və bir sıra problemlər yaradar”.

T. Abbaslı əlavə edib: “Buna baxmayaraq, Azərbaycan qətiyyətini göstərməlidir. Səhv etmirəmsə Koçaryan və Sarkisyan Azərbaycan tərəfindən “Interpol” vasitəsilə axtarışa verilib. Əgər Azərbaycan hakimiyyəti qətiyyət nümayiş etdirsə və bu gün Xankəndinə daxil olsa, sərhədi Azərbaycan Repsublikasının icazəsi olmadan pozan iki şəxsi – Sarkisyan və Koçaryanı sərhədpozma maddəsi ilə həbs etsə, mən Ağ Partiya sədri kim dövlətin yanında olacağam. Qarşımızda Rusiya olmur, istəyir kim olur, olsun. Hər bir dövlətin ərazisi, sərhədi və sərhədinin toxunulmazlığı onun qüruru və dövlətin namusudur. Amma bir daha qeyd edirəm ki, hazırki məqamda dövlətin belə addım atacağı inandırıcı deyil”.

Müxalifətçi Serj Sarkisyanın anasını niyə məhz Xankəndində dəfn edilməsini də şərh edib:

“Əslində, onlar öz iddialarını davam etdirirlər. Sarkisyan indi də anasının leşi üzərindən iddiasını göstərir ki, guya bura bizim ərazidir, biz hələ də öz əzizlərimizi burada dəfn edirik. Bakıda da çoxlu emrəni qəbrləri var və bu o demək deyil ki, Bakı ermənilərə aiddir. Odur ki, tezliklə onun anasının qəbri də sahibsiz məzarlar sırasına keçəcək. Amma biz erməni vandalları kimi deyilik ki, gor eşək, qəbrlərdən sümükləri çıxardaq”.

Rafi Müslümov

Azərbaycan Qarabağa gələn Köçəryanla Sarkisyanı girov götürə bilərdimi?  - Açıqlama