Azərbaycan səfiri Emmanuel Makrona cavab verdibackend

Azərbaycan səfiri Emmanuel Makrona cavab verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev bu ölkənin prezidenti Emmanuel Makrona cavab verib.

İnterpress.az xəbər verir ki, Fransanın dövlət başçısı “Twitter”də paylaşım edib.

O yazıb: “Hamımız birgə müqavimət göstərəcəyik. Buna əmin olun”.

Azərbaycanın Parisdəki səfiri Rəhman Mustafayev E.Makronun yazdıqlarını paylaşaraq ona cavab verib.

“Təşəkkürlər, cənab Prezident! Azərbaycan və Fransa separatçılıq və təcavüzkar siyasətə qarşı birgə mübarizə aparır və aparacaq”, – səfir vurğulayıb.

 

İnterpress.az