Azərbaycan və Braziliya İnvestisiyalar üzrə İşçi qrupunun ilk iclasını keçiriblərbackend

Azərbaycan və Braziliya İnvestisiyalar üzrə İşçi qrupunun ilk iclasını keçiriblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Braziliya Ticarət və İnvestisiyalar üzrə İşçi qrupunun ilk iclasını keçiriblər.

Bu barədə İnterpress.az Braziliya Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.

Görüş Azərbaycan XİN başçısının müavini Elnur Məmmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Braziliaya səfəri çərçivəsində baş tutub.

Qurumun məlumatına görə, iclasın yekunları üzrə tərəflər investisiya sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

Həmçinin səfər çərçivəsində Braziliya ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.

“Bu saziş hər iki ölkənin ali təhsil müəssisələri arasında mübadilələrin inkişafına töhfə verəcək”, – Braziliya XİN-dən qeyd edilib.