Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü: “Bu, İlham Əliyevin siyasi qələbəsidir”backend

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü: “Bu, İlham Əliyevin siyasi qələbəsidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü: “Bu, İlham Əliyevin siyasi qələbəsidir”

“Ermənistan ikitərəfli danışıqlara getməklə, Minsk qrupu və “status” məsələsində, həmçinin Qarabağin kiçik bir hissəsindən hərbiçilərini geri çəkməsini qəbul edib”.

Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Tbilisidə keçirilən görüşü dəyərləndirən Milli Cəbhə Partiyasının (MCP) sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, görüşün Tiflisdə keçirilməsi kənar vasitəçilərin müdaxiləsini sıfıra endirir:

“İkitərəfli görüşün keçirilməsi Prezident İlham Əliyevin Ermənistana təklifi idi. Ermənistanda müxalifətin etirazları fiaskoya uğradıqdan sonra Paşinyan ikitərəfli danışıqlara razılıq verdi. Ermənistan ikitərəfli danışıqlara getməklə, Minsk qrupu və “status” məsələsində, həmçinin Qarabağin kiçik bir hissəsindən hərbiçilərini geri çəkməsini qəbul edib. Həmçinin Tiflisin seçilməsi də Azərbaycanın seçimidir. Bu, Brüssel tərəfindən müsbət qarşılanıb. Xarici işlər nazirlərinin görüşündə Ermənistan tərəfi müəyyən öhdəliklərə əməl edilməsini qəbul edib ki, rəsmi Bakı tərəfindən sərt ritorika sərgiləmədi. Bu baxımdan ikitərəfli danışıqların davam etməsi irəliləyişə səbəb ola bilər.

İkitərəfli danışıqlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qurban bayramında Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışıqlarında bu məsələnin razılaşdırılması istisna deyil. Ümumilikdə Türkiyə Ermənistan əlaqələrinin normallaşması paralel olaraq Azərbaycanla kordinasiyali şəkildə aparılır”.