Azərbaycan və Rusiya XİN başçıları ölkələrarası və regional məsələləri müzakirə edəcəklərbackend

Azərbaycan və Rusiya XİN başçıları ölkələrarası və regional məsələləri müzakirə edəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Moskvaya səfər edəcək.

İnterpress.az-ın verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, avqustun 26-da Moskvada Rusiya Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək.

Görüşdə iki ölkə arasındakı münasibətlər, regional və beynəlxalq gündəmdə duran məsələlər müzakirə olunacaq.

Zaxarova S. Lavrovun dəvəti ilə Moskvaya rəsmi səfər edəcək C. Bayramovun Nazirlər Kabinetində və Federal Məclisdə görüşlərinin planlaşdırıldığını vurğulayıb

 

İnterpress.az