Azərbaycan XTQ-lərinə pusqu qurub qətlə yetirən terrorçu – Paşinyan ONU HƏBS ETDİRDİbackend

Azərbaycan XTQ-lərinə pusqu qurub qətlə yetirən terrorçu – Paşinyan ONU HƏBS ETDİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mən bu iti tanıdım! O, “Sisikan” (Sisian könüllüləri) terror təşkilatının rəhbəri Aşot Minasyandır. Məsələ bunda deyil. Haradan tanıdım? 44 günlük müharibə zamanı ermənilər “@reartsakh” Teleqram kanalında Azərbaycan ordusunun bir qrup xüsusi təyinatlı əsgərinin qətlə yetirlməsinə dair süjet yayımlamışdı. Videomaterial erməni dilində olduğundan başa düşmürdüm. Amma erməni telekanallardan birinə müsahibə verən və əlində “Kalaşnikov” avtomatı tutmuş iki erməni hadisənin necə baş verdiyini danışırdı.

Meşəlik ərazinin ortasından keçən açıq yolda təxminən 10-12 nəfər Azərbaycan xüsusi təyinatlısının cənazələrinin qaldığı nümayiş etdirilir. Videomaterialdakı göstərilərdən aydın olur ki, əsgərlərimiz yolun alt tərəfindəki sıx kolluqda gizlənmiş terrorçuların pusqusuna düşüb. Onların yuxarı tərəfdəki ağaclıqdan gələrək yola çıxdığı və bu zaman gülləbaran edildiyi bildirilir. Həmin ermənilərdən biri cibindən qanlı kağız çıxarıb müsahibə alan erməni jurnalistə göstərir. Kağızda şəhid olmuş xüsusi təyinatlıların siyahısı yazılıb. Boynundan “Kalaşnikov” asmış digər saqqallı, yaşlı erməni isə əsgərlərimizə necə atəş açdıqlarını danışır. Təəssüf ki, həmin videomaterialı bu günlərdə axtarsam da tapa bilmədim. Mən o yaşlı və ağ saqqallı ermənini sonra rus jurnalistlərin çəkdiyi başqa bir süjetdə də gördüm. Amma bilmədim o sağ qaldı, yoxsa müharibədə murdar edildi.

Nəhayət, bu günlərdə onu tanıdım. O, “Sisikan” terror təşkilatının rəhbəri Aşot Minasyan Yerkat imiş. Birinci Qarabağ müharibəsində Azərbaycan ərazilərinin işğalında fəal iştirak etmiş Aşot Minasyan həm də “Daşnaksütyun” Erməni İnqilabi Federasiyasının üzvüdür. Müharibədən sonra o, Baş nazir Nikol Paşinyanı öldürmək və hakimiyyəti devirmək planı da qurub. İki gün öncə buna görə həbs edilib.