Azərbaycanda dəhşətli olay: 7 nəfər öldü – FOTOLARbackend

Azərbaycanda dəhşətli olay: 7 nəfər öldü – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Quba yolunda mikroavtobusla TIR toqquşub, 7 nəfər ölüb.

Bu barədəDaxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə Bakı-Quba yolunun 98-ci km-də, Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes-Vita” markalı mikroavtobusla TIR toqquşub.

Mikroavtobusun sürücüsü də daxil olmaqla 7 nəfər həlak olub.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.