Azərbaycanda güclü yanğın: xeyli sayda heyvan yanaraq tələf oldubackend

Azərbaycanda güclü yanğın: xeyli sayda heyvan yanaraq tələf oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəkidə mal tövləsi yanıb.

İnterpress.az-ın məlumatına görə, yanğın bu gün axşam saatlarında Şəki rayonunun Çələbixan qəsəbəsi sakini Xəlilov Saməddin Arif oğluna məxsus mal tövləsində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində tövlənin yanar konstruksiyaları və tövlənin çardağına yığılmış 2 ton quru ot yanıb. Yanğın zamanı tövlədə olan xırdabuynuzlu heyvanlardan 15 başı tüstüdən boğularaq tələf olub. Bir baş xırdabuynuzlu və 12 baş iribuynuzlu heyvan tövlədən çıxarılaraq xilas edilib.

Faktla bağlı araşdırma aparılır.//qafqazinfo