Azərbaycanın qadın güləşçisi Avropa üçüncüsü olubbackend

Azərbaycanın qadın güləşçisi Avropa üçüncüsü olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın qadın güləşçisi Aysel Məmmədzadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında bürünc medal qazanıb.

İnterpress.az-ın məlumatına görə, 46 kq-da çıxış edən idmançı əvvəlcə təsəlliverici görüşdə ispaniyalı Virciniya Lopes Portilyoya 6:0 hesabı ilə qalib gəlib.

Ardınca norveçli Daniella Tara Bekini “tuşe” ilə məğlub edən Məmmədzadə Avropa 3-cüsü olub.

Qeyd edək ki, daha əvvəl qadın güləşçilərdən Ruzanna Məmmədova (49 kq) qızıl, Elvina Kərimzadə (43 kq) isə gümüş medala sahib çıxıb.