Bakı bizə yardım etdi, biz isə İrəvana silah satdıqbackend

Bakı bizə yardım etdi, biz isə İrəvana silah satdıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiyanın Ermənistana niyə silah satdığına rasional cavab tapa bilmirəm.

Bu sözləri Belqrad Geostrateji Tədqiqatlar Mərkəzinin direktoru Draqana Trifkoviç deyib.

“Son illər Azərbaycan və Serbiya arasında əməkdaşlıq sürətlə inkişaf edir və sizin tərəfinizdən olan təşəbbüs bir çox hallarda buna şərait yaradıb. Biz çox hallarda – Serbiyanın yardıma ehtiyacı olanda ölkəniz ilk yardım əlini uzadanlardan olub. Məhz buna görə mən Serbiyanın Dağlıq Qarabağ ucbatından konfliktdə olduğunuz Ermənistana niyə silah satdığına rasional cavab tapa bilmirəm. Düşünürəm ki, bu doğru olmayan addımdır, amma təəssüf ki, serb rəhbərliyi strateji siyasət aparmır, əvəzində çox riskli addımlar atır. Ona görə də biz dəfələrlə qeyri-adi situasiyalara düşmüşük.

Bu, diplomatik skandal yaradan ilk silah satışı deyil. Mümkündür ki, hansısa üçüncü tərəf Serbiyaya bu məsələdə təsir göstərib. Hesab edirəm ki, Azərbaycan bütün diplomatik addımları atıb, Serbiya rəhbərliyindən izahat tələb etməlidir. Məncə, Serbiyanın Azərbaycan-Ermənistan konfliktinə müdaxilə üçün heç bir əsası yoxdur”, – deyə o bildirib.

Ekspert silah skandalının Belqrad-Bakı münasibətlərinə təsir edəcəyini bildirib. Bununla belə o, tərəflər arasında münasibətlərin ciddi zədələnəcəyinə inanmadığını deyib.

 

İnterpress.az