Bakı metrosunun əməkdaşı ürəktutmadan vəfat edibbackend

Bakı metrosunun əməkdaşı ürəktutmadan vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı Metropoliteni” QSC-nin əməkdaşı, 1961-ci il təvəllüdlü Vamiq Həsənov ürəktutmadan vəfat edib.

Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hadisə bu gün səhər saatlarında “28 May” stansiyasında baş verib: “Stansiyalara giriş açılmazdan əvvəl süni qurğular təmirçisi V. Həsənov gecə növbəsindən işdən çıxarkən ürək çatışmazlığından dünyasını dəyişib. Onun ürəyində narahatlığı olub və bundan öncə infarkt keçirib”.