Bakı, Sumqayıt və Lənkəranda avtomobil piyadaları vuraraq öldürübbackend

Bakı, Sumqayıt və Lənkəranda avtomobil piyadaları vuraraq öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda və Lənkəranda avtomobil piyadaları vuraraq öldürüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 11-də saat 22 radələrində Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində S.Məmmədov idarə etdiyi “Priora” markalı avtomobillə yolu keçən şəhər sakini Qorxmaz Qurbanovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Bundan başqa, həmin gün saat 13 radələrində Lənkəran rayonunun Vilvan kəndində şəhər sakini İ.Hüseynov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən kənd sakini Sənan Hüseynovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada iyunun 12-də orada ölüb.

Eyni zamanda, iyunun 12-də saat 2 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Şəki şəhər sakini M.Səmədov idarə etdiyi “Ravon” markalı avtomobillə yolu keçən Zəngilan rayon sakini Seymur Quluzadəni vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada ölüb.

Hər üç faktla bağlı araşdırma aparılır.