Bakıda aktrisanın avtomobilinə hücum etdilər: “Qapını açmaq istədi, pəncərəni yumruqladı” – ANBAAN VİDEObackend

Bakıda aktrisanın avtomobilinə hücum etdilər: “Qapını açmaq istədi, pəncərəni yumruqladı” – ANBAAN VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının mərkəzində aktrisa Nərgiz Əliyevanın başına xoşagəlməz hadisə gəlib.

Bu barədə aktrisa özü sosial şəbəkə hesabında paylaşım edib.

Belə ki, Nərgiz tanımadığı naməlum şəxsin avtomobilinə hücum etdiyini qeyd edib:

“Dünən axşam saat 17:00 radələrində şəhərin mərkəzində bir kişi mənim maşınıma yaxınlaşır, yaxşı ki, həmin dəqiqə qapıları bağladım. Bu insan avtomobilimin qapısını açmağa çalışdı və maşının pəncərəsinə yumruqlar vurdu.

Çox qorxmuşdum, maşında mənim qızım da ola bilərdi. Bir neçə dəfə yumruqla avtomobilin şüşəsinə vurduqdan sonra mən onu telefona çəkməyə başladım ki, bəlkə çəkinər. Nə isə, bunu yazmağımda məqsədim nədir?! Həmin dəqiqə heç kim heç nə etmirdi, kənardan kişilər baxıb gülürdü.

Azərbaycan polisindən xahiş edirəm, bu insanı tapıb izahatını alsın. Çünki bilmək olmaz, sabah nə olacaq və kimin qarşısına çıxacaq”.

Bizimlə əlaqə saxlayın