Bakıda bağçada uşağa qarşı zorakılıq: 2 yaşlı körpəni bu hala kim saldı?backend

Bakıda bağçada uşağa qarşı zorakılıq: 2 yaşlı körpəni bu hala kim saldı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Bakıda nənə nəvəsinin məktəbəqədər təhsil müəssisəsində döyüldüyünü iddia edir. Onun sözlərinə görə, 2 yaşlı uşağa qarşı zorakılıq tətbiq edilib. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənmək istəsək də, təəssüf ki, buna nail ola bilmədik. Şikayətçi uşağın döyülməsi ilə bağlı polis bölməsinə müraciət edib. Bildirilir ki, azyaşlı uşaq bağçada döyülüb.
Kəmalə Əhmədova iddia edir ki, 2 yaşlı nəvəsi Paytaxtın Nərimanov rayonunda yerləşən 56 saylı uşaq bağçasında döyülüb.
Uşağın nənəsi “Xəzər Xəbər”ə bildirdi ki, onun nəvəsi bədəninin müxtəlif nahiyələrindən xəsarət alıb. Kəmalə Əhmədova döyülmə faktını tibbi ekspertizanın da təsdiqlədiyini iddia edir.
Onun sözlərinə görə, bununla bağlı bağçanın rəhbərliyinə müraciət etsələr də, hansısa nəticə əldə olunmayıb.

 

 

İnterpress.az