Bakıda mağazada yanğın olubbackend

Bakıda mağazada yanğın olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda mağazada yanğın olub.

İnterpress.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mağazaya bitişik, ümumi sahəsi 8 m² olan dəmir konstruksiyalardan ibarət tikilinin içərisində quraşdırılan generator və karton taralar yanıb.

Yüksək temperaturdan marketin lambirdən ibarət divar üzlüyü 40 m² sahədə əriyib. Marketin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.